2024-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinq göstəriciləri açıqlanıb.
Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac icmalının yanvar buraxılışına istinadən xəbər verir ki, "AzərEnerji"-nin ixracı 4 dəfədən çox azalıb.
Belə ki, şirkət il ərzində 93,1 milyon ABŞ dolları dəyərində enerji ixrac edib. Bu göstərici 2023-cü illə müqayisədə 76,83 faiz, yəni, 308,4 milyon dollar azdır.