15 May 2015 22:06
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Forbes” jurnalı tərəfindən dünyanın ən bahalı brendlərinin reytinqi dərc edilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıya yenidən "Apple" şirkəti başçılıq edir. Nəşrin qiymətləndirməsinə görə, "Apple" brendinin il ərzində dəyəri 17 faiz artaraq 145,3 milyard dollara çatıb.

Siyahıda ikinci yeri "Microsoft" korporasiyası tutub. Ekspertlərin qiymətləndirməsinə görə, bu brendin dəyəri 10 faiz artaraq 69,3 milyard dollar təşkil edib. Üçüncü yerdə il ərzində 16 faiz - 65,6 milyard dollaradək bahalaşan "Google" brendi qərarlaşıb. Ən bahalı brendlər beşliyinə daxil olan yeganə qeyri-texnoloji şirkət "Coca-Cola" istehsalçısıdır. "Forbes" bu brendi 2014-cü il səviyyəsində olmaqla 56 milyard dollar dəyərində qiymətləndirib. Beşinci yerdə dəyəri 4 faiz artaraq 49,8 milyard dollara çatan "IBM" brendi yer alıb.

Qeyd edək ki, "Forbes" dünyanın ən bahalı brendlərinin illik reytinqini beşinci dəfədir tərtib edir.

Rüstəm


Müəllif: