19 May 2015 11:20
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında 900-ə yaxın yataq qeydə alınıb ki, 253 yataq məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandıqdan sonra qeydiyyata alınıb. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, təkcə, 2014-cü il ərzində geoloji-kəşfiyyat işləri 66 obyekt və 8 elmi-tədqiqat mövzusu üzrə yerinə yetirilib. Ümumiyyətlə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 37 rayonda qeyri-filiz yataqlarına axtarış-qiymətləndirmə işləri aparılıb, nəticədə 29 gil, 7 gilcə, 8 əhəngdaşı, 8 qum, 17 qum-çınqıl, 2 gips, 2 üzlük daşı, 2 mergel və 1 vulkan külü yatağı (cəmi 76 yataq) öyrənilib.

Respublikada ilk dəfə olaraq “Azərbaycanın qızıl yataqlarının atlası” çap edilib. Atlasda Azərbaycanın Kiçik Qafqaz qırışıqlıq zonasında yerləşən Dağkəsəmən, Qoşa, Qızılbulaq, Çovdar, Gədəbəy, Dağcəyir, Tülallar, Söyüdlü, Tutxun, Ağduzdağ, Ağyurd, Piyazbaşı, Şəkərdərə, Kələki, Vejnəli qızıl yataqlarının və təzahürlər qrupunun geoloji-tektonik quruluşunun başlıca xüsusiyyətləri, filizləşmənin məkanca yerləşməsi və mineral əmələgəlmələrin ardıcıllıq sxemləri şərh edilib.

Nazir qeyd edib ki, hazırlanmış geoloji materiallar gələcəkdə kəşfiyyat işlərinin düzgün istiqamətləndirilməsində, ehtiyat və proqnoz resursların dərinliyə və cinahlara artırılmasında, texnoloji sxemlərin düzgün seçilməsində mühüm rol oynayacaq.


Müəllif:

Oxşar xəbərlər