Bu gün Qusar rayonunun Əcəxuroba kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir, tədbirdə rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 2600 metr olan polietilen və 5700 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 63 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən kənd camaatı və ictimaiyyət nümayəndələri Əcəxuroba kəndinə ilk dəfə qazın verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.