18 İyul 2015 14:59
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qida, içki və tütün məmulatlarının istehsalı sahələrində 1384,3 milyon manat həcmində məhsul istehsal edilib.

Teleqraf.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,7 faiz artım, içki istehsalında 4,4 faiz, tütün məmulatlarının istehsalında isə 19,5 faiz azalma müşahidə olunub. Belə ki, cari ilin birinci yarısında ölkədə qida məhsulllarının istehsalı 1 mlrd. 285,3 mln. manat, içki istehsalı 86,7 mln. manat, tütün məmulatlarının istehsalı 12,3 mln. manat təşkil edib.

Stastistikaya əsasən bu müddətdə ölkədə geyim istehsalı 20,1% azalaraq 29,9 mln. manat, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə əksinə 2,4 dəfə artaraq 7,7 mln. manat olub.

Qeyd edək ki, 2015-ci ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,8 faiz artaraq 13,3 milyard manata çatıb. Sənaye məhsulunun 63,3 faizi mədənçıxarma, 28,7 faizi emal, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən yanvar-iyun aylarında 3,8 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.


Müəllif:

Oxşar xəbərlər