Azərbaycanın hazırda Bakı Gəmiqayırma Zavodunda olan "Dədə Qorqud" üzən yarımyüklü qazma qurğusu 75 faiz modernləşdirilib.
Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.
Mənbənin sözlərinə görə, platformanın təmirinə apreldə başlanılıb, əsas böyük həcmli işlər artıq yekunlaşıb: "Platformada demək olar bütün zəruri avadanlıqlar quraşdırılıb: transformatorlar, generatorlar, temperatura nəzarət sistemi. Platforma ümumən hazırdır, qalan işlər isə müxtəlif sistemlərdə texniki xətaların aradan qaldırılması ilə bağlıdır. "Dədə Qorqud" avqustda işini bərpa etmək üçün tam hazır olacaq".