14 Sentyabr 2015 12:51
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-də vergilər naziri Fazil Məmmədov Naftalan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Naftalan şəhəri, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Teleqraf.com-a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib. Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlər ilə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti, Gəncə şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi, Naftalan şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər