"Qaradağ" yatağında vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə 487 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb.
Teleqraf.com Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu Qaz anbarları istismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılır.
Quyunun layihə dərinliyi 3 100 metrdir, 487 nömrəli quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.