21 Dekabr 2015 10:37
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1,12 milyon ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 1,6 faiz çoxdur.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 11 ayın yekunu üzrə hesabatında qeyd olunub.


Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda təqribən 5,04 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 4,9 milyon ton olub.


Müəllif:

Oxşar xəbərlər