“ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının dəstəyi ilə Azərbaycan Bolqarıstanın Varna şəhərində gerçəkləşəcək 23-cü “Discovery İnternational Pop Music” festivalında təmsil olunacaq.
Bu barədə Teleqraf.com-a Assosiasiyasının sədri Hüseyn Cavadzadə məlumat verib. Onun sözlərinə görə, ölkəmizi bu peşəkar musiqi yarışmasında gənc müğənni Kəmalə Qaramollayeva təmsil edəcək.
Bu, daha öncə “Azərstar” yarışmasının finalçısı olan Kəmalənin ailə qurduqdan sonra səhnəyə yenidən qayıdışıdır. Festivalda öz repertuarından və dünya hitlərindən 2 musiqi ilə çıxış edəcək Kəmalə yarışmada yüksək nailiyyətlər qazanmağa iddialıdır:
“Kəmalə səhnəyə ilk addımlarını Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Şərq ulduzları” layihəsindən atıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetini solo oxuma ixtisasını fərqlənmə diplomu ilə bitirib. Hazırda isə musiqi sənəti üzrə aspirantdır. İngiliscəsi, xarici görünüşü və vokal imkanları ilə məncə, o bu yarışmada ölkəmizi təmsil etməyə layiqli iştirakçıdır”.
Pərvin