Məşhur müğənni Demi Lovato şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı müğənni "Üç il ərzində özümə söz vermişdim ki, Britni Spirs, Lindsay Lohan kimi tanınacam. Ona görə də illər çox tez keçdi. Əziyyətlərimə görə, 21 yaşımı görə biləcəyimə inanmırdım" deyə qeyd edib.
Müğənni bulimia xəstəliyindən (daim ac olmaq) əziyyət çəkdiyini də qeyd edib: “Bulimia xəstəliyi nənəmdən irsi olaraq mənə də keçib. Ümid edirəm ki, xəstəliyim uşaqlarıma keçməz. Amma bu xəstəlik irsidir”.
Rəqsanə