“Bütün dünya sənin olsun, bir dost mənə bəs edər. Dünya gəldi-gedərdir, dostlarınızı sevin, qədrini bilin. “Kim olacam?” yox, “Aqibətim necə olacaq?” düşünmək lazımdır. Kiminin əvvəli, kiminin axırı” deyib böyüklərimiz”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev sosial şəbəkədə yazıb. Sənətçi həyatı ilə bağlı etiraflar edib: “33 yaşıma gəldim, həyatı yaşadıqlarımla anladım. Əslində 9 yaşımda böyüdüm: atam zindanda olanda, anamla əziyyətlərə qatlaşanda... Sonda anladım ki, hər bir neməti nəsib edən Allahdır. Onun izni olmadan bir yarpaq belə yerə düşməz. Xeyir bildiyimiz şeylər ziyan ola bilər. Önəmli olan üsyün etməmək, şükür etməkdir. Bir yaxşı əməl edəndə, deməyin ki, “mən savab edirəm”. İnsan günah işlədir, tövbə qapısı hər zaman açıqdır. Önəmli olan qəlbdən tövbə etməkdir”.