14 İyul 2016 18:39
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Yaşıl Teatrda konsert verəcək olan müğənni Emin Ağalarovun şəxsi “İnstaqram” hesabında paylaşdığı video izləyicilərin marağına səbəb olub.

Teleqraf.com xəbər verir ki, övladları ilə birgə çimərlikdə istirahət edən müğənni o anları “Gözəl bir gün. Hamısını çatdırdıq. Artıq konsertə gedirik” başlığı ilə sosial şəbəkədə paylaşıb.

Videoda Eminin dənizdə övladları ilə əyləncəli anlar yaşaması, maşını sürətlə dənizə sürməsi əksini tapıb.

Teleqraf.com həmin videonu təqdim edir:

Pərvin


Müəllif: