Meyxanaçı Namiq Qaraçuxurlu yay istirahətinə yollanıb.
Axşam.az-ın məlumatına görə, sənətçi dincəlmək üçün Azərbaycanın bölgələrini seçib.
Gəzintidən fotolarını İnstaqramında paylaşan N.Qaraçuxurlu "Yuxarı qalxdıqca soyuyan havadan isti-isti şəkillər. Əsrarəngiz təbiət" şərhini yazıb.
Qeyd edək ki, N.Qaraçuxurlu konsertə hazırlaşır. Sənətçinin tədbiri sentyabrın 9-da Moskvada restoranlardan birində baş tutacaq.
Xatırladaq ki, ötən il evlənən meyxanaçı bu yaxınlarda qız atası olub. Onun ilk evliliyindən isə iki oğlu var.