Müğənni Ramal İsrafilov “Hədiyyəm olsun” adlı yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Ülviyyə Alovluya, musiqisi Ramalın özünə aiddir.
R.İsrafilov mahnını mərhum xalq artisti İlhamə Quliyeva ilə duet oxuyub.
O bildirib ki, mahnı illər əvvəl yazılsa da, texniki səbəbdən işıq üzü görməyib: “İndi bu mahnını İlhamə Quliyevanın ad gününə həsr edirəm".