22 Avqust 2016 08:35
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Diriliş Ertuğrul” serialının mövsüm finalına çıxmazdan öncə üç qadın aktrisa arasında dava düşdüyü bildirilir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Hayme ana” obrazını canlandıran Hülya Korel və "Aytolun” rolunu oynayan "Evrim Solmaz” arasında mübahisə düşdüyü iddia edilir.

H.Korelin seriala qonaq olaraq qatılan və mövsüm finalı öncəsi ssenariyə görə "öldürülən” E.Solmazla "ulduzu barışmayıb”. Serialın "Selcan hatun"u Didem Balçın da "Hayme ana”nı müdafiə edincə gərginlik böyüyüb.

Məlumata görə, çəkiliş meydançasında Korel və Balçın Evrim Solmazın üstünə hücum çəkiblər. Mühafizəçilərin araya girməsi ilə ortalıq sakitləşdirilib.

Onların davasının səbəbi isə bilinmir.

Qeyd edək ki, Hülya Korel məşhur aktrisa Bergüzar Korelin anasıdır.


Müəllif:

Oxşar xəbərlər