7 Sentyabr 2016 16:06
449

"Beşiktaş"ın serbiyalı futbolçusu Tosic həyat yoldaşı, müğənni Jelena Karleusla mübahisə edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, uşaqları ilə İstanbula gələn Jelena Karleusun Acıbadəmdəki evlərində çəkdirdiyi foto həyat yoldaşını əsəbiləşdirib. Sosial şəbəkədə cəsur fotoları ilə tanınan ifaçının bu paylaşımı futbolçunun xoşuna gəlməyib. Bundan sonra əri ilə mübahisə edən Jelena uşaqları ilə evi tərk edərək otelə gedib.

İnstaqram hesabından da Tosici silən ifaçı bu sözləri yazıb: “Şişirtmirəm, amma bu dünyadakı ən qısqanc adamdır. Fotolarımla bağlı mübahisə etdik”.

Rəqsanə


Müəllif: