Əməkdar artist Baloğlan Əşrəfov və bir müddətdir qalmaqal yaşadığı şair Süleyman Hüseynov bir araya gəliblər.
Axşam.az-ın məlumatına görə, onlar öz aralarında olan anlaşılmazlığı həll edib, küsülülüyə son qoyublar.
Tanınmışların birlikdə çəkdirdikləri fotolar sosial şəbəkədə paylaşılıb və "Bütün anlaşılmazlıqları müzakirə edib, ortaq məxrəcə gəldik" deyə qeyd olunub.
Qeyd edək ki, S.Hüseynov B.Əşrəfovla bağlı status yazaraq, ölüm ayağında olan həyat yoldaşının istəyi ilə onu övladının toyuna dəvət etdiyini, amma ifaçının gəlmədiyini bildirmişdi.