8 Sentyabr 2016 22:33
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun xalqı ilə görüşü olub.

Azərbaycanı dünyada layiqincə təmsil edən Zabit idmansevərlərlə bir araya gəlib. Yüzlərlə insanın maraq göstərdiyi görüşü işıqlandırmaq üçün çox sayda media qrumu tədbirdə iştirak edib.

Zabit Səmədov ilk əvvəl jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı İlham Əliyevlə görüşündən danışan idmançı böyük fəxr hissi duyduğunu bildirib. Daha sonra karyerası, son qələbəsi və Bakıya səfərindən danışıb.

Görüşdən sonra sevənləri ilə şəkil çəkdirmək istəyən Zabit insanların coşqusu ilə qarşılaşıb. Mühafizə əməkdaşlarının köməkliyi ilə vətəndaşlarla şəkil çəkdirib onlara avtoqraf verən idmançı tədbirə gələn hər kəsə təşəkkür edib.
"Baku.ws"


Müəllif: