30 Sentyabr 2016 14:37
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mətbuatda müğənni Manaf Ağayevin də məhkəmədə ifadə verdiyi yazılıb.

Müğənni Teleqraf.com-a açıqlamasında məhkəməyə şahid kimi yox, İlham Qasımova dəstək üçün getdiyini deyib: “İlham Qasımov tanıdığım oğlandır. Məhkəmədə ifadə verməmişəm, iştirak etmişəm. Bu gün İlham Qasımovun məhkəməsi baş tutub. Bina tikirdilər, yarımçıq qalıb. Bu məsələni niyə şişirdirlər? Niyə Akif Çovdarovun adını çəkirlər, anlamıram. Sadəcə, mən də tikilən binanın sakiniyəm. Ondan şikayətim yoxdur. İlham qohumumdur, məhkəməsinə gedə bilmərəm? Dediyim kimi, məhkəmədə ifadə verməmişəm və bina sakini, qonşu kimi fikrimi bildirmişəm. Xahiş edirəm ki, kimin məhkəməsi olduğunu düzgün qeyd etsinlər. Bu mülki məhkəmə idi. Akifdən min nəfər şikayət edib, onun hamısına baxa bilməzlər axı. İlhamın da ondan şikayəti var. Ola bilər ki, onların 10 ildən sonra məhkəməsi olacaq. Hazırda problem bina sakinləri ilə bağlı idi”.

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər