11 Oktyabr 2016 12:12
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Çiçəyin anası Sevda xanım Zaur Kamalın 5/5 verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Çiçəyin anası illər əvvəl müğənni kimi fəaliyyət göstərdiyini etiraf edib: “15 yaşım var idi. Bakı kəndlərində mahnı oxumağa başladım. Sonra gördüm xalq sevir. Mən ilk dəfə türk mahnıları oxumağa başladım. Ondan sonra adım “tureski” Sevda qaldı. Evləndikdən sonra sənətimdən uzaqlaşdım. 20 ildən sonra efirə çıxdım. Həyəcan var”.

Çiçəyin anası Zaur Kamalın radioda işə başlamasında rolu olduğunu da deyib: “32 yaşım var idi, bir də gördüm ki, qızım artıq Azərbaycanda tanınmış aparıcıdır. Qızım Burç FM-də işə başlayanda uşaq idi. Tez-tez radio rəhbərliyinə zəng edib, qızımla bağlı göstəriş verirdim. Bir dəfə Çinar bəy bir səsi mənə dinlətdi. Səs çox xoşuma gəldi. Həmin insanı işə götürməsini təklif etdim və dedim ki, canavar kimidir. O, sən idin”.

Zaur Kamal isə “Siz olmasaydınız, burada olmayacaqdım” deyə cavab verib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər