Aktyor Müşfiq Şahverdiyev “Hər şey daxil” verilişinə gecikib.
Teleqraf.com xəbər verir ki, verilişin aparıcıları Sevil və Sevinc bacıları aktyorun gecikməsinə görə narazılıq ediblər: “Bir daha yatıb qalmamaq və gecikməmək şərtilə yenidən dəvət edəcəyik. Yenə geciksən, səninlə danışmayacağıq”.
Müşfiq Şahverdiyev verilişdə Niyammədin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını parodiya edib. Niyammədin Musayev isə “Dünya Müşfiqin dünyasıdır” deyərək parodiyaya münasibət bildirib.
Rəqsanə