Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli rejissor Arif Qazıyev xəstəxanaya yerləşdirilib.
Bu barədə Teleqraf.com-a açıqlama verən rejissor halının pisləşməsinin səbəbini təzyiqinin qalxmasıyla əlaqələndirib: “İşləmək istəyirəm. Əsas istəyim budur. Mənim indi evdə oturan vaxtım deyil axı. Bunun fikrini çəkirəm. Təzyiqim birdən qalxdı, halım pisləşdi. Evimizin yanındakı xəstəxanaya yerləşdirildim. Bir neçə gün həkim nəzarətində qalandan sonra evə buraxılacam. Şükür ki, yaxşıyam”.
Arif Qazıyev uzun illər Muğam Teatrının direktoru vəzifəsində çalışıb.
Pərvin