11 Noyabr 2016 10:26
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni-bəstəkar Murad Arifin əmisi Mais dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Murad Arif bu haqda instaqramda məlumat verib: “Bir insanın nömrəsini yaddaşa yazarkən bu sadəcə simvollar və hərflərdir. Silərkən sanki, sizi bağlayan bir dünya ilə vidalaşırsan... Həyat budur. qonaq gəlirsən, yaşayırsan, sevib-sevilirsən və bir gün hansısa qapıdan artıq heç vaxt geri dönmürsən. Tək gerçək var, o da ölümdür. Yəqin, son deyil, əsl başlanğıc da elə budur...

Qayğıkeş, enerji dolu, daim əzizlərindən narahat, oğullarıyla nəfəs alan, ailəcanlı bir insan, əmim Mais müəllim bizi tərk etdi. Dünyadan köçən bütün yaxşı valideynlərə rəhmət diləyirəm”.

Rəqsanə


Müəllif: