Xalq artisti Nisə Qasımova 7 ildir küsülü olduğu həmkarı Brilliant Dadaşovaya barışıq təklif edib.
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Xəzər maqazin"ə açıqlamasında deyib.
N.Qasımova bildirib ki, bundan sonra kimləsə küsülü qalmaq istəmir:
"Ömür boyu ürəyimi, əllərimi barış üçün açmışam. Bilmirəm niyə müğənnilər arasında dostluq olmur? Bəlkə, həyatımın elə çağıdır ki, heç kimlə küsülü qalmaq, kimisə itirmək istəmirəm. O mənə "salam" versə, onu öpərəm də, qucaqlayaram da, yanağından dişləyərm də... Səni ölməyəsən, sənətin bundan da yüksək olsun. Bizim küsüb-barışmağımızın mahiyyəti var. Biz barışsaq, ömürlük olacaq, bir-birimizin arxasınca danışmayacağıq".
Küsülü olmalarının səbəbi ilə bağlı suala isə N.Qasımova belə cavab verib:
"Ola bilsin mən və ya o, günühkardır. Ya da elə hər ikimiz günahkarıq".