21 Noyabr 2016 10:57
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anasının ölümündə həkimi günahlandıran aparıcı Lətafət Ələkbərova onu məhkəməyə verməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, Lətafət Ələkbərova sosial şəbəkədə həkimin ünvanına bu sözləri yazıb: “Allah heç kimə doğmasının acısını yaşatmasın. Mənim nələr çəkdiyimi yalnız Allah bilir. Üç gündür telefonum susmur. Hər kəs soruşur ki, necə oldu? Anam məndən xəbərsiz qardaşının həkimi Yaşar doktora gözünü əməliyyat etdirib. Həmin hospitala həkimin yanına getdim. Anamın məndən xəbərsiz əməliyyat edildiyini dedim. İndi elə bir vəziyyətdəyəm ki, həm özümü, həm ailəmi, həm anamı, həm həkimi günahlandırıram. Çünki suallar məni məhv edir. Həkimdən şikayət etsəydim, lazımi yerlərə müraciət edərdim. Sadəcə, bir sözüm var. Əgər anam həkimin üzündən dünyasını dəyişibsə, onu öz vicdanına buraxıram. Anam abırını qoruyan qadın olub. Lütfən, ruhunu narahat etməyin”.

Lətafət Ələkbərovanın anası noyabrın 14-də gözündən əməliyyat zamanı dünyasını dəyişib. Aparıcı anasının ölümündə həkimini günahlandırıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər