Məşhur sənətçi Mahsun Kırmızıgül Türkiyədə baş verən terror hadisəsinə münasibət bildirib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Mahsun Kırmızıgül İzmirdəki terror hadisəsindən sonra insanları birliyə səsləyib: “Kayseri, Ankara, İstanbuldan sonra İzmir ağlayır. Bu gün birlik olma zamanıdır. Bu çətin günlərdə ayaqda durmalıyıq".
Mahsunun sosial şəbəkədəki bu paylaşımı illər əvvəl yazdığı statusu gündəmə gətirib. O, PKK-çıların xəndək qazıb əsgər və polisləri hədəf aldığı günlərdə dövləti “Mərhəmətsiz” olmaqda günahlandırmışdı. Sənətçinin o paylaşımı sevənlərini üzmüşdü.
Rəqsanə