14 Yanvar 2017 22:37
2 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyeva onunla qalmaqal edən həmkarlarına ismarıc göndərib.

Teleqraf.com xəbər verir ki, Nazpəri Dostəliyeva "Lider maqazin" verilişində bu sözləri deyib: "Öndə gedən müğənninin qalmaqalı olmalıdır. Yaxşı müğənninin paxıllığını çəkən, irəlidə getməsini
istəməyənlər olur. O mənim üçün küləkdi, əsib keçir".

Xalq artisti şəxsi həyatına müdaxilə edənlərə də cavab verib: "Şəxsi həyatım haqqında nə isə danışmaq istəyənlər qarşılarında məni görərlər. Buna heç kimə icazə vermərəm".

Nazpəri Dostəliyeva bir müddət əvvəl Lamiyə Ələkbərovanın verilişində canlı oxumamasına da münasibət bildirib: "Bizdə heç zaman qalmaqal ola bilməz. Lazımsız qalmaqallar gərəksiz yazanlara aiddir. Paxıllar uduzdu".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər