16 Yanvar 2017 17:36
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor İslam Mehrəliyev teatrda çalışmaq istəyir.

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda “Qonaq gəl bizə” verilişində deyib.

O bildirib ki, dəfələrlə bunun üçün Musiqili Teatra müraciət edib: “Həmişə teatrda işləmək istəmişəm, amma alınmayıb. Bəlkə dörd dəfə Musiqili Teatra müaricət etmişəm. Hətta bir xalq artistimiz də dəvət etmişdi. Getdim ssenari verdilər, oxudum hazırlaşdım gəldim. Amma məni yola verdilər, hər dəfə dedilər "sabah gəl". Üstündən bir müddət keçdi yenə müraciət etdim. Amma yenə dedilər get, sentyabrda gəl. Beləcə, dəfələrlə gedib-gələrək teatrın yolunu əzbərlədim. Axırncı dəfə dəvət etdilər, səhər 11-də oyanıb getdim. Yolda zəng etdilər ki, gəlmə, bayramdan sonra çağıracağıq. Amma hələ gözləyirəm, xəbər gəlməyib. Yəqin Novruz bayramını nəzərdə tutublar".

Veriliş zamanı İ.Mehrəliyev kövrəlib. Anasının səhhətində problem olan aktyor narahat olduğunu və gözünü telefondan çəkə bilmədiyini, xəbər gözlədiyini söyləyib.


Müəllif:

Oxşar xəbərlər