23 Yanvar 2017 17:15
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi titullu ifaçıları tənqid edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, mərhum xalq artisti İlhamə Quliyevadan sonra bəziləri özlərini ona oxşatmağa çalşır: “Şou-biznes əhli arasında heç kim titul verməsin. Titul verən var idi, bunu İlhamə Quliyeva etdi. Bu təkrarçılığı kimsə etməsin, ətimizi tökməsin".

N.Həbibi bundan sonra heç bir həmkarını efirdə tərifləməyəcəyini deyib: “Səhv edən insanların həyatımızda yeri olmayacaq, onları başqaları əvəzləyəcək. Özümə söz vermişəm ki, şou-biznesdə olan kimisə efirdə tərifləməyəcm. Çox şişirlər, elə bilirlər ki, tərifləyəndə elə olurlar".


Müəllif:

Oxşar xəbərlər