24 Yanvar 2017 14:05
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özcan Dəniz və Nurgül Yeşilçayin baş rolda olduğu "İkimizin yeirne" filminin aktrisası Afra Saraçoğlu məhkəməyə verilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 19 yaşlı aktrisanın karyerasına başladığı agentlik ondan 53 min lirə (təxminən 27 min manat) tələb edir.

Şirkətin sahibi Esra Maeyer bildirib ki, Afra 14 yaşında ailəsi tərəfindən agentliyə gətirilib: "2012-ci ilin iyunun 20-də bağlanan 5 illik müqaviləyə əsasən o, agentlik və məndən icazəsiz fotomodellik, aktrisalıq edə bilməz. Nəsə etsə, təxminat ödəmək məcburiyyətindədir. Bu səbəbdən də məhkəməyə müraciət etdik".

Məhkəmə qarşıdakı günlərdə baş tutacaq.

Qeyd edək ki, eyni agentlik Serenay Sarıkayadan təzminat tələb etmişdi.


Müəllif:

Oxşar xəbərlər