26 Yanvar 2017 11:37
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda aktrisa Şükran Ovalı ilə evlənən futbolçu Caner Erkin keçmiş xanımı Asena Atalayı sərt tənqid edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl Asena Caneri məhkəməyə verərək oğlunun alimentini vermədiyini bildirmişdi. Bu iddialar qarşısında səssiz qalmayan futbolçu Asenaya sərt sözlər ünvanlayıb. O, evlilikləri zamanı Asenanın başqa kişilərlə görüşdüyünü, amam oğluna görə məhkəmədə bunları demədiyini bildirib: "Kədərlənərək etiraf edirəm ki, oğlum Çinarın anası ağlı kəm, öz mənfəətlərini ön planda tutan və bunun üçün sərhəd tanımayan və analıq şüurundan tamamilə uzaqdır... Oğlumun alimentini ödəmədiyim barədə xəbərlər tamam yalandır. Oğlumun məsrəflərinin sona qədər qarşılayacağam.

Bu günə qədər susmağının tək səbəbi oğlum idi. Evlilik zamanı Asena üçüncü adamlarla görüşsə də, boşanma ərəfəsində oğlum ziyan görməsin deyə, mənəviyyatımı heçə saydım, bu barədə danışmadım. Hətta sahib olduğum hər şeyi Asenaya və ailəsini verərək tamamən qurtulmaq istədim".


Müəllif:

Oxşar xəbərlər