Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo evlənməyə hazırlaşır.
Qol.az-ın “Correio da Manha”ya istinadən yaydığı xəbərə görə, o, yeni sevgilisi Corcinyo Rodrigeslə münasibətləri 2018-ci ilin yayında rəsmiləşdirməyə planlaşdırır.
31 yaşlı hücumçunun bu qərarı verməsində anasının böyük rolu olduğu bildirilib. C.Rodrigesi bəyənən Ronaldonun anası oğlundan evlənməsini istəyib.