Baş rollarını Tuba Büyüküstün və Kıvanç Tatlıtuğun ifa etdiyi "Cesur və Güzel" serialının çəkiliş məkanında oğurluq hadisəsi olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ssenariyə uyğun olaraq məkanda qurulan banka gecə vaxtı oğru girib.
Pul sandığını partladan oğru içərisində olan 100 min dollar saxta pulu gerçək zənn edərək oğurlayıb.
Hadisə yerinə polisin gəlməsi ilə çəkilişlərə bir gün ara verilib. Pul yenidən tədarük edildikdən sonra işlər qaldığı yerdən davam edib.