3 Fevral 2017 17:33
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur sənətçi Mahsun Kırmızıgülün rejissorluğu ilə çəkilən “Vəzir barmağı” komediya filminin nümayişinə qadağa qoyulub.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sandıqlı Bələdiyyə başçısı Mustafa Çöl filmin kino mərkəzlərində nümayişinə icazə verilməyəcəyini bildirib.

O, filmin milli-mənəvi dəyərlərə zidd olduğunu deyib. Filmin nümayişinə Mərsin və Kayseri bələdiyyə başçıları da qadağa qoyublar. Filmdə baş rolları Mahsun Kırmızıgül və Gülben Ergen canlandırıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər