18 Fevral 2017 12:22
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş futbolçu Rüştü Rəçbərin dizayner həyat yoldaşı İşıl Reçbər ailə həyatının gizlinlərini mediaya açıqlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İşıl Rəçbər uşaqların məktəbə aparılmasından tutmuş evdəki yır-yığışa qədər hər şeyi özü etdiyini deyib:

"Həmişə hər şeyin mükəmməlini istəyirəm, evdəki bütün şeylərə nəzarət edirəm. Uşaqları kursa, məktəbə özüm aparıram. Yeni evə köçəcəyik, dizayn mənə məxsusdur, Rüştüyə sürpriz hazırlayıram.

O, evə gələndə başmaqlarını dərhal qapıya aparıram. Kiminsə səhv başa düşməsini istəmirəm, bu, köləlik deyil. Sadəcə hər şeyin yerli-yerində olmasına öyrəşmişəm və bu, xəstəlik kimi şeydir.

Mən belə çox xoşbəxtəm, əslində hər şeyi özüm üçün edirəm".

Kəmalə


Müəllif:

Oxşar xəbərlər