Xalq artisti Aygün Kazımova konsert üçün yoqa dərslərinə başladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, müğənni sosial şəbəkədə yoqa dərslərindən foto paylaşıb və hər gün 6 saat yoqa ilə məşğul olduğunu qeyd edib: “Hazırlıqlar davam edir. Yoqa dərslərinə başlamışıq. Hər gün saat 10:00-dan 16:00-a kimi ancaq özümü daxilən və xaricən hazırlayıram. Sağlamlığım və gözəlliyim çox vacibdir. Yəqin ki, yavaş-yavaş son şəkillərimdən dəyişiklik hiss edirsiniz. Bu, hələ başlanğıcdır”.