“Məni bitirməyə and içiblər. Belə nifrət ola bilərmi? Mən sizə nə etmişəm? 23 ildir mahnı oxuyuram. 13 ildir çəkişməm davam edir. Nə günahım var, bilmirəm”
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri məşhur müğənni Yıldız Tilbə deyib.
O, sosial şəbəkədə 2004-cü ildə albom buraxmaq üçün razılığa gəldiyi “Avropa Müzik” şirkəti ilə 13 ildir davam edən məhkəmə çəkişməsinin öz əleyhinə nəticələnməsinə etirazını bildirib:
“Atmadığım saxta imzayla “zərərə məruz qaldıq” deyib, bunu pul cəzasına çevirib, qazandığım hər şeyə əl qoyulması mənə çox təsir edir. Mən belə bir müqavilə imzalamamışam.
Bütün qurumların içindəsiniz, pulları toplayıb, paylaşdıran da sizsiniz. Elə deyirlər, sus. Nə vaxta qədər susum? Çəkişməm bitdi, cəzam kəsildisə, hər kəs agah olsun”.
Pərvin