Teleqraf.com xəbər verir ki, müğənninin qızı Ülkər türkiyəli iş adamıyla ailə qurur.
Bəy Türkiyə vətəndaşıdır və qardaş ölkədə işləyir. Ülkər toydan sonra Türkiyədə yaşayacaq.
Mətanət İsgəndərlinin mətbuat katibi Zəminə Rüstəmova saytımıza bildirib ki, əməkdar artist qızının şəxsi həyatının mətbuatda işıqlandırılmasını istəmir:
“Mətanət xanım Ülkərin şəxsi həyatıyla bağlı mətbuata açıqlama vermir. Bunu Mətanət xanımdan qızı xahiş edib”.
Qeyd edək ki, Ülkər iki dəfə nişanlı olub.
Rəqsanə