17 İyul 2014 14:55
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayda Los Ancelesdə evlənən aktrisa Pelin Sönmez ilə iş adamı Çingiz Çolak boşanır.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, "Akasya durağı" serialında canlandırdığı Pinar abrazı ilə məşhurlaşan 26 yaşlı aktrisa belindəki döyməni sildirmək istəmədiyi üçün həyat yoldaşından ayrılır. Boşanma qərarı aldığını təsdiqləyən gənc oyunçu "Bilirsiniz ki, qısa müddət əvvəl Los Ancelesdə evləndik. Bu planlı bir evlilik deyildi, çox sürətli oldu və mən imzanı atmış oldum. Amma qısa müddətdə fikir ayrılıqları yaşamağa başladıq. Belimdəki döyməyi sildirmək istəmədiyim üçün problem yaşadıq. Vəkillərimizə vəkalət verdik, razılaşmalı olaraq boşanacağıq”-, deyə bildirib.

Qeyd edək ki, Pelin Sönmez 2009-ci ildə popçu Murat Dalkılıç ilə eşq yaşamağa başlamış, əlaqələri 2012-ci ilə qədər davam etmişdi. İfaçının belində keçmiş sevgilisi Murat Dalkılıçın adı yazıldığı bildirilir.

/qafqazinfo/


Müəllif: