Bu sözləri bu yaxınlarda Gürcüstan və Azərbaycan küçələrində nümayiş etdirdiyi “Hamam” performansı ilə səs-küyə səbəb olan fransız aktrisa Elza Furtado Teleqraf.com-a açıqlamasında deyib.
Aktrisa ADO teatrı yaranana qədər Oda teatrında “MimODA” performansını ifa etdiyini deyib: “MimODA” mənim Oda teatrında oynadığım ilk tamaşa idi. İlk performansım zamanı daha çox mənfi reaksiya gözləyirdim. İnsanların məni qınayacağını, güclü tənqid edəcəyini düşünürdüm. Lakin əksinə, bu performansa qarşı böyük maraq və ən əsası hörmət gördüm. Azərbaycanlılar tamaşaya çox diqqətlə baxdılar və tamaşanın mətnaltı mənasını anladılar”.
Elza Furtado xəbər saytlarının onu azərbaycanlı aktrisa kimi təqdim etməsinə də toxunub: “Mən Azərbaycana, Azərbaycan isə mənə o qədər doğma gəldi ki, bundan sonra məni “azərbaycanlı aktrisa” kimi qələmə verən jurnalistlərə heç nə demədim. Nə olsun ki, fransızam. Əsas odur, azərbaycanlılar məni həmvətənləri kimi görür“.
Qeyd edək ki, fransalı aktrisa Elza “Hamam” tamaşası zamanı küçədə çimərək, insanların təəccübünə səbəb olmuşdu.