31 İyul 2017 09:06
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Linkin Park rok-qrupunun mərhum vokalisti Çester Benninqtonun ailəsi ictimai vida və dəfn mərasimindən imtina edib.

Teleqraf.com xəbər verir ki, bağlı şəkildə dəfn mərasimi etmək istəyən ailə bu barədə rəsmi açıqlama verib. Onlar dəfndə yalnız yaxın qohum və dostların iştirak edəcəyini bildiriblər. Bu açıqlama dəfndə iştirak etmək istəyən Benninqton fanatlarının qəzəbinə səbəb olub.

Benninqtonun dəfn olunacağı yer hələ də dəqiqləşməsə də, onun dostu və “Soundgarden” qrupunun keçmiş solisti Kris Kornellin yanında basdırılması planlaşdırılır.

Qeyd edək ki, Çester Benninqton iyulun 20-də yəni dostu Kriss Kornellin ad günündə özünü yaşadığı evin tavanından asaraq intihar edib.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər