25 Sentyabr 2017 11:30
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Necə xoşbəxt adamam ki, hara gedirəm, hardan gəlirəm məni izləyirlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bəstəkar, müğənni Elza Seyidcahan “Xalqın şairi” layihəsindən getməsi ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, bəzi “çaqqal-çuqqallar” tez seviniblər: “Sevinməsinlər. Elza Seyidcahan gedib, gələcək. Onlar bizim layihəmizə bir az da diqqətli baxsınlar. Bir var dostyana, bir də var düşmən kimi baxmaq. Düşmən kimi baxacaqlar, elə də gözləri yanacaq. Niyə gedirəm ki, heç də getməmişəm. Layihədə də neçə həftə münsiflər heyətində olmuşam. Sadəcə olaraq, hərdənbir başqalarının da orda söz demək ixtiyarı var. Ora məxsusi Elzanın yeri deyil ki? Mübariz müəllimin həyata keçirdiyi layihədir. Mübariz müəllim də mənə demişdi ki, Elza xanım arada gedib, gələcəksiz. Yəni, dəyşikliklər olar bilər. Məsələn, Aşıq Əhliman getdi. Yerinə görkəmli alimimiz, yazarımız Nizaməddin Şəmsizadə gəldi. Mənim işlərim çox olduğu üçün ola bilsin, şəhərdə olamadım, gedə bilmədim. Bu o demək deyil ki, mən layihədən uzaqlaşdırılmışam. Amma bəzi “çaqqal-çuqqallar” pusquda dursunlar və gəlişimi alqışlarla qarşılasınlar ki, yaza bilsinlər”.

Xatırladaq ki, Elza Seyidcahan ARB TV-də yayımlanan “Xalqın şairi” layihəsindən uzaqlaşdırılıb. Onu əməkdar artist Gülşad Baxşıyeva əvəz edəcək.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər