1 Dekabr 2017 18:31
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar mənim adımdan istifadə edib reklam olunmaq istəyirlər.

Bu sözləri müğənni Manaf Ağayev Teleqraf.com-a oğlunun xeyir işinə gələnlərin sənədləri yoxlanıldıqdan sonra toya buraxılacaqları ilə bağlı xəbəri şərh edərkən deyib.
Manaf Ağayev bildirib ki, bəzi media orqanları onun adından istifadə edirlər:

“Yalan xəbərdir. Mən heç bir yerdə elə söz deməmişəm ki, toya gələnlərin sənədləri yoxlanılacaq. Mən polis deyiləm ki, sənəd yoxlayam. Sadəcə, toyun keçiriləcəyi restorana mətbuat nümayəndələri buraxılmayacaq”.

Qeyd edək ki, mətbuatda Manaf Ağayevin ”Hər şey daxil” verilişində oğlunun toyuna gələnlərin sənədlərini yoxlayacağı ilə bağlı xəbər yayılıb.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər