Biz hamımız qadınların emansipasiya dövründə əks cinsin nümayəndələrinin geyim nümunələrindən istifadə edirik.
Amma məsələni daha da asanlaşdırmaq mümükündür. Sadəcə sevgilinizin geyimindən istifadə edə bilərsiniz. Axi sevgiliniz heç də paxıl deyil elə deyilmi? Bəs bu əşyalardan yerində və daha gözəl görünmək üçün necə istifadə edə bilərsiniz? Bax bunu bilmək üçün aşağıdakı məsləhətləri oxumaq VACİBDİR…
Futbolka
Bəli belə bir əşya özünə hörmət edən bütün dəbli xanımların hamısında olmalıdır. Axı siz cins şalvarla başqa nə geyinə bilərsiniz ki? Sizə başqa bir variant da təqdim edə bilərik: məsələn siz futbolkanı ətəyini düyünləyin və qara skinny yanı dar şalvar geyinirsiniz başınıza isə şlyapa goyub esl dəbli gənc xasnım obrazı yarada bilərsiniz.
Sevgilinizin cins şalvarı
Əlbəttdə bu variant qızın “S” oğlanın isə “XL” ölçüdə olanlar üçün deyil. Amma etiraf etmək lazımdır ki, nədənsə kişilərin şalvarı qadınlarada daha bir özəl görünür.
Kişi pencəyi
Pencək də xanımların qarderobunun “qızıl fonduna” daxil olan əsas elementlərdən biridir. Əlbəttdə bu dəfə də ölçülərə diqqət etmək lazımdır. Qara uzun pencək vizual olaraq eziz xanımlar sizi daha qamətli və cazibədar göstərəcək. Pencəyi qisa ətəklərlə və ya donla geyinmək lazımdır.
Bəyaz köynək
Bir çox kişilər sevgililərini özlərinin ağ köynəklərində görmək xoşuna gəlir. Klassik ağ köynək hər bir kişinin qarderobunun əsas elementidir. Bəs biz onu niyə məsələn işə geyinməyək? Onu xanımlar “karandaş ətəklə” geyinə bilər və ya skinny şalvarla geyinə bilər. Bu zamn köynəyin qollarını qatlamağı da unutmayın.
Saat
Kobud böyük sifetblatı olan kişi saatları incə gadın biləklərinə seksual görkəm verir.
Dəri kəmərlər
Klassik dəri kəmərlər bu sezonun esas terndlərindfən biridir. Onlar da incə qadın belinə çox yaraşır. Xüsusən kovboy stilində geyinsəniz cox seksual görünərsiniz.
Əgər kəmər sizə böyükdürsə siz onu sadəcə belinizdə düyünləyin. Bu özüdə cazibədar görkəm verir.
Ülviyyə