“Dinastiya” və “Melrouz rayonu” seriallarının ulduzu, aktrisa Hizer Loklir həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, sevgilisini vəhşicəsinə döyməkdə ittiham edilib.
Məlumatlara görə, qadın onu həbs etməyə gələn polisi də yaxşıca yumruqlayıb.
Loklirin sevgilisi xəstəxanaya aparılıb. Aktrisa psixoloji testdən keçdikdən sonra həbsxanaya göndərilib. O, iki həftədən sonra hakim qarşısına çıxarılacaq.