Braziliyalı məşhur model Adriana Lima ilə sevgili olan türk Mətin Hara onunla olan münasibəti barədə açıqlama verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, M.Hara Adriananın anasının əlini öpdüyünü deyib:
“Anam bu aralar səhhətilə bağlı müalicə alır. O, Amerikadan tez-tez anama zəng edir. Münasibətimiz çox gözəldir”.
Mətin Hara qeyd edib ki, Adriana Lima ilə münasibətlərinin reklam olması barədə yayılan xəbərlər yalandı: “Mənim qəlbimdə yeri olan 2 uşaq anasının bir reklam parçası kimi göstərmək düzgün deyil. Adriana Lima da bu cür xəbərləri görənda pis olur. Bura mənim doğulduğum ölkədir və bizə qarşı haqsızlıq edildi”.