8 Avqust 2014 21:39
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrda ailə qurmağa hazırlaşan 53 yaşlı Hollivud aktyoru Corc Kluni və 36 yaşlı vəkil Amal Alamuddin Londonda keçiriləcək toyları üçün Britaniya hökumətindən icazə kağızı alıblar

 

 

Ölkə qanunvericiliyinə əsasən, hər bir cütlük nikaha girməzdən əvvəl bu sənədi əldə etməlidir.

Toyun baş tutacağı gün cütlük tərəfindən gizli saxlanılır və məkan barədə də açıqlama verilmir.

Bəziləri mərasimin Britaniyada, bəziləri isə İtaliyada Komo gölü sahilində keçiriləcəyini deyir.

Xatırladaq ki, Corc Kluni və Amal Alamuddinin sevgi münasibətləri hələ 2013-cü ilin 
sentyabrından başlasa da, onların nişanlanması xəbəri bu ilin aprelində məlum olmuşdu.

 

/Axşam.az/


Müəllif:

Oxşar xəbərlər