Məşhur yutuber Loqan Paulun Yaponiyada çəkdirdiyi son klipindəki hərəkətləri ciddi narazılığa səbəb olub.
Teleqraf.com xəbər verir ki, o, klipində 22 yaşlı model Eliza Consona qarşı qeyri-insani rəftar edir.
Model mətbuata açıqlamasında bildirib ki, yutuber ona qarşı cinsi istismarın formalarından birini tətbiq edib və bu əməlinə görə, cavab verməlidir.