18 Aprel 2018 11:24
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə bir şəkil paylaşdım, hansı ki internetdə o şəkildən doludur. Keçmiş mənim üçün keçmişdir, basdırmışam. Amma bunu çoxları yenə fırlatdı keçmiş həyatıma, indi onlara cavab verim. Yadınızda qalsın ki, keçmiş hər zaman keçmişdir. İnsan gərək keçmişdə kim və nəçi olduğunu unutmasın!

Bu sözləri aparıcı Azər Zahid sosial şəbəkədə yazıb.

Azər Zahid sosial şəbəkədə keçmiş həyat yoldaşı Vüsalə Əlizadə ilə qızının şəkillərini reklam toplamaq məqsədi ilə paylaşması iddiasına cavab verib. O, Vüsalə Əlizadənin “Saman altından su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil və reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram” sözlərinə “Mələk qismində yazı yazıb auditoriya toplamıram” deyə cavab verib:

“Mənim üçün ən önəmlisi övladımdır! Məni onsuz da hər zaman aqressiv, özündən razı kimi tanımısınız. Çünki efirdə o cür xarakter sərgiləyirəm, bu xarakter kişi xarakteridir. Nəyə görə bunu dedim? Çünki lazım olsa, kimə lazımdısa, çəkinmədən sözümü üzünə də deyərəm, əgər günahı varsa, rəzil edərəm həmin insanı! Yenə də hər kəsin fikirlərinə hörmətlə yanaşıram, baxmayaraq ki, sarı simə toxunub, mələk qismində yazı yazıb auditoriya toplamıram.

Necə varamsa, eləyəm. İstəyən izləyir, istəyən tənqid edir! Öpürəm hər kəsi, o dünyada əriyib yandıracaqlar! Bu dünyada kef başqadı! Yoza bilərsiniz. Əziz dostlar, həyat o qədər qəribə və maraqlıdır ki... Niyə görə insanlar bir-birilərinə qarşı kin bəsləyir? Hər şeydə gözəllik yox, pislik axtarmağa çalışırlar. Öz səhvlərimizdən və keçmişimizdən nə qədər qaçsaq da, o bizim alın yazısı kimi yaşadıqlarımızdı. “İt hürər karvan keçər. Bir sözlə, Allah hərəyə ürəyinə görə versin. Leopold demişkən, dostlar gəlin mehriban olaq”./Publika.az/

Xatırladaq ki, Azər Zahid bir neçə gün əvvəl keçmiş həyat yoldaşı Vüsalənin şəklini instaqramda paylaşaraq qızının anası ilə münasibətlərinin normal olduğunu bildirmişdi. Lakin aparıcının instaqram hesabında Vüsalə Əlizadə ilə qızının körpəlik şəkillərini paylaşması və bütün paylaşımlarının sonuna yeni xəbər səhifəsini qeyd etməsinin reklam məqsədi daşıdığı iddia olunur.

Azər Zahidlə Vüsalə Əlizadə 2013-cü ildə boşanıb. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər